13 yanvar 2024 at 10:50
Jurnalist kodu: 5487
Xəbər kodu: 85352264
T T
0 Persons

Tags

Əl-Məsirə: Düşmən Amerika və İngiltərə Sənanı bombaladılar

13 yanvar 2024 at 10:50
Xəbər kodu: 85352264
Əl-Məsirə: Düşmən Amerika və İngiltərə Sənanı bombaladılar

Tehran - İRNA - Yəmənin əl-Məsirə kanalı şənbə günü səhər ABŞ və İngiltərə tərəfindən bu ölkənin paytaxtı Sənanı bombaladığını elan edib.

İRNA-nın Əl-Məsirəyə istinadən verdiyi xəbərə görə, bu kanalın müxbiri Sənadan xəbər verib ki, düşmən Amerika və İngiltərə bu şəhəri bombalayıblar.

Bununla bağlı Əl-Məyadin xəbər kanalı Yəmənin paytaxtı Sənanın şimal hissəsində güclü partlayış səsinin eşidildiyini bildirib.

Əl-Məyadinin Yəməndəki ofisinin direktoru bildirib ki, Səna Beynəlxalq Hava Limanı yaxınlığındakı əd-Deyləmi bazasına hava və ya raket hücumları həyata keçirilib.

Bununla bağlı xəbərlərdə Yəmənin qərbində yerləşən Əl-Hudəydə səmasında düşmən qırıcılarının uçuşu barədə məlumat verilir.

Digər tərəfdən, Reuters xəbər agentliyi adı açıqlanmayan Amerika rəsmilərinə istinadən xəbər verir ki, Amerika ordusu Yəmənə qarşı növbəti hücum həyata keçirib.

CNN kanalı da ABŞ-ın Yəmən daxilində növbəti hücumu həyata keçirdiyini və bu dəfə bir radar obyektini hədəf aldığını bildirib.

CNN əlavə edib ki, dünən gecəki hücumdan daha kiçik miqyasda olan bu hücumu ABŞ təktərəfli həyata keçirib.

Amerikanın NBC kanalı da Amerika rəsmilərinə istinadən xəbər verib ki, Amerika Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi Yəmən hədəflərinə qarşı hücumlar həyata keçirib.

Hələlik əlavə təfərrüatlar barədə məlumat verilməyib.

Sizin rəyiniz

You are replying to: .